Fransanın 9 əyalətində narıncı XƏBƏRDARLIQ Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

25.11.2024

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Həftə sonu İngiltərə və İrlandiyada daşqınlara və nəqliyyatın kəsilməsinə səbəb olan "Bert" qasırğası Fransanın şərq və mərkəzi hissələrinə təsir edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fransa Meteorologiya Agentliyi Metro-France, sürəti saatda 120 kilometri keçən "Bert" qasırğası ilə bağlı məlumat verib.

Fırtına ilə əlaqədar bu əyalətlərdə narıncı həyəcan siqnalı verilib. Digər tərəfdən, əlverişsiz hava şəraiti ilə əlaqədar xəbərdarlıqların edildiyi Auvergne Rhone-Alpes bölgəsində qatarların hərəkətində fasilələr yaranıb.

Qeyd edək ki, həftə sonu İngiltərə və İrlandiyada Bert fırtınası səbəbindən daşqınlar, elektrik enerjisinin kəsilməsi və nəqliyyatda fasilələr olub.

Gülay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью