Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paris, 3 yanvar, AZƏRTAC
Arles penitensiar mərkəzində bir məhbus həbsxananın 4 tibb işçisini və 1 gözətçini girov götürüb.
AZƏRTAC xəbər verir ki, Fransada səhər saatlarında baş verən hadisədən sonra böhran iclası çağrılıb. Bildirilir ki, girov götürən məhbusun 37 yaşı var və cinsi təcavüzə görə həbs edilib. Onun 2031-ci ildə azadlığa buraxıla biləcəyi və psixi problemləri olduğu qeyd edilir.
Ədliyyə naziri J.Darmanın X hesabında bütün vasitələrin səfərbər edildiyini bildirib.