Fransanın Azərbaycandakı səfiri Fransa Azərbaycan Universitetinə baş çəkib

30.01.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Fransanın Azərbaycandakı səfiri yanvarın 29-da Fransa–Azərbaycan Universitetinə (UFAZ University) baş çəkib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Fransa səfirliyi yayıb.

ASOIU-nun rektoru Rufət Əzizov və UFAZ-ın direktoru Vazeh Əsgərov tərəfindən səmimi şəkildə qarşılanan xanım Səfir tədqiqat laboratoriyaları və onların ən müasir avadanlıqları ilə tanış olub.

Bildirilir ki, sözügedən laboratoriyalar işlərinə böyük bağlılıq və yüksək peşəkarlıq nümayiş etdirən fransız və azərbaycanlı müəllim-tədqiqatçı kollektivləri tərəfindən xidmət göstərir.

Ardınca rektor və rəhbər heyətlə keçirilən görüşlər zamanı xanım Laqutt bu il 10 illiyini qeyd edəcək UFAZ-ın ikitərəfli əməkdaşlığımızda tutduğu mühüm və simvolik rolu vurğulayıb və Fransanın unikal profilə malik bu mükəmməllik mərkəzinə göstərdiyi sadiqliyi və dəstəyi bir daha təsdiqləyib.

Proqram, universitetin böyük akt zalında tələbələr və müəllim heyəti ilə keçirilən səmimi görüşlə davam edib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью