Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Fransanın Bakıdakı keçmiş səfiri Ann Buayon Azərbaycandan gedib.
Reyting.az xəbər verir ki, bu barədə o, təyyarədən foto paylaşım edib, vida statusu yazıb:
"Vaxt nə tez gəlib keçir! Missiyamı başa vurduqdan sonra Fransanın Azərbaycandakı səfirliyinin möhtəşəm komandasını həyəcanla tərk edirəm. Fransa ilə Azərbaycan arasındakı münasibətlərə, eləcə də regionda sülh və əməkdaşlıq perspektivlərinə xidmət etməkdə Sofi Laqutun rəhbərliyi altında onlara uğurlar arzulayıram".