Fransanın baş naziri bu gün istefa verəcək

05.12.2024

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransanın baş naziri Mişel Barnier istefa ərizəsini dekabrın 5-i səhər saatlarında təqdim edəcək. Bu barədə “Le Figaro” qəzeti Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.
“Mişel Barnierin cümə axşamı səhər Yelisey sarayında istefa ərizəsini rəsmən təqdim edəcəyi gözlənilir”, - nəşr yazır.
Qeyd olunur ki, 331 deputat baş nazirin əleyhinə səs verib və bu, hökumətin fəaliyyətini dayandırması üçün tələb olunan 289 səsi xeyli keçib.
Sentyabrın 5-də baş nazir təyin edilən 73 yaşlı Barnierin hökuməti ölkə tarixində ən qısa hökumət oldu və o cəmi 90 gün davam etdi.
Məhəmmədəli Həsənli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью