Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq. Fransanın baş naziri Fransua Bayru ABŞ prezidenti Donald Trampın yaxın müttəfiqi olan a
Qaynarinfo xəbər verir ki, Fransa baş nazirinin bu açıqlamasını Reuters xəbər agentliyi yayıb.
Bayru keçən həftə Fransanın və ümumilikdə Avropanın Trampa və onun siyasətinə qarşı müqavimət göstərməsi lazım olduğunu, əks halda onların "əzilə biləcəyini" bildirdikdən sonra İlon Mask haqqında fikirlərini söyləyib.
"İlon Mask demokratiyalar üçün təhlükə yaradır", – deyə Bayru yerli televiziyaya verdiyi müsahibədə bildirib.
O, həmçinin vurğulayıb ki, "pul, insanların vicdanını idarə etmək hüququ verməməlidir".
Xatırladaq ki, bu yaxınlarda İlon Mask Böyük Britaniyada İngilis kanalı adlandırılan La-Manşın adını Corc Vaşinqton kanalı olaraq dəyişdirməyi təklif edib.
Alpər Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.