Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib

26.08.2025

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fransanın Baş naziri Fransua Bayru sentyabrın 8-də keçiriləcək səsvermədə hökumətə etimadsızlıq göstəriləcəyi təqdirdə Prezident Emmanuel Makronun parlamenti buraxmasını mümkün hesab edir.

Bu barədə BFMTV telekanalı mənbələrə istinadən bildirib.

Məlumata görə, Baş nazir deyib ki, Prezident bunu istəmir, lakin istənilən halda parlamentin buraxılması hadisələrin inkişafının bir versiyası olaraq qalır.

Səsvermə 2026-cı ilin büdcəsi haqqında qanun layihəsində yer alan qənaət tədbirlərindən əhalinin narazı qalması fonunda keçiriləcək. Əsas müxalifət partiyaları artıq hökumətə etimadsızlıq göstərmək niyyətində olduğunu bildirib.

\Report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью