Статья не опубликована
Fransanın birinci xanımını məhkəməyə verdilər | Icma.az

Fransanın birinci xanımını məhkəməyə verdilər

05.02.2025

Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşının əslində kişi olduğunu iddia etdiyi üçün böhtana görə məhkum olunan müstəqil fransız jurnalist Nataşa Rey Fransanın birinci xanımına qarşı şikayət etmək niyyətindədir.

"RİA Novosti" bu barədə onun vəkili Fransua Danqleana istinadən məlumat yayıb.

“Biz bu saxtakarlıq hökmü ilə Reyi mühakimə etməyə müvəffəq olmuş şəxslərə, həmçinin Caen Apellyasiya Məhkəməsinin hakiminə və Kassasiya Məhkəməsinin hakiminə qarşı Parisdəki istintaq magistratına şikayət edəcəyik”, - deyə vəkil qeyd edib.

Danqleanın sözlərinə görə, şikayət "tezliklə" veriləcək və birbaşa Bricit Makron-Tronier, onun qardaşı Jean-Mişel Tronier, onların vəkili və "mühakiməni saxtalaşdıran" üç hakimə qarşı yönəlib.

Mövsüm

Aznews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью