Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Paris, 3 iyun, AZƏRTAC
Fransanın Dövlət Səhiyyə İdarəsi Mayottda və Reunyonda çikunquniyanın epidemiya mərhələsinə keçdiyini bəyan edib. Son bir neçə həftə ərzində bu dənizaşırı ərazilərdə təsdiqlənmiş yoluxmaların sayının daim artdığı bildirilir.
AZƏRTAC xəbər verir ki, ağcaqanadların dişləməsi ilə ötürülən bu viral xəstəliyə yoluxmada artım çikunquniyanın epidemya mərhələsində olduğunu təsdiqləyir. Səhiyyə orqanları cavab tədbirlərini gücləndirməyə çağırıb.
Dövlət Səhiyyə İdarəsinin məlumatına görə, xəstəlik Mamucu, Pamanci və Cauci bələdiyyələrində yoluxmaların davamlı konsentrasiyası ilə Mayottun bütün ərazisində yayılıb. Yoluxmadan ölənlərin olduğu bildirilir.