Fransanın Ermənistandakı səfiri Qərbi Azərbaycana qarşı

25.11.2024

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

O, "X" səhifəsində xəritə paylaşaraq Qərbi Azərbaycan anlayışına qarşı çıxıb. Təxribatçı səfir yazıb ki, "Yeganə və təkrarolunmaz Qərbi Azərbaycan İranda yerləşir".
Qeyd edək ki, rəsmi Bakı azərbaycanlıların hazırda Ermənistanın nəzarət etdiyi Qərbi Azərbaycana-öz tarixi dədə-baba yurdlarına qayıdacaqlarını dəfələrlə bəyan edib.Bu ifadə rəsmi səviyyədə fəal şəkildə istifadə olunur. Bundan başqa, Azərbaycan parlamentində Qərbi Azərbaycana qayıdışla bağlı təşəbbüs qrupu da yaradılıb.
Fransız səfirin Paris-İrəvan münasibətlərindən danışmaq əvəzinə, tez-tez Azərbaycana dair təxribat xarakterli fikirlər səsləndirməsi isə bir sıra suallar yaradır.
Tural Tağıyev
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью