Fransanın İrana cavabı gecikmədi: Yalan məlumat...

07.10.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Fransa Xarici İşlər Nazirliyi İran səfirini XİN-ə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Fransa XİN-in sözçüsü Paskal Konfavrön məlumat verib.

Məlumata görə, səfir Fransada şagirdlərin və məktəb işçilərinin etiraz aksiyaları ilə bağlı İranın yalan məlumatlar yayması səbəbindən XİN-ə dəvət olunub:

"Səfirə İran Xarici İşlər Nazirliyinin rəsmi hesabları vasitəsilə internetdə yalan məzmunun yayılmasının tamamilə qəbuledilməz olduğu bildirilib".

Həmçinin Fransa səfirinin də İran XİN-ə çağırılmasının əsassız olduğu qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью