Fransanın keçmiş prezidenti bu gündən bunu edəcək

07.02.2025

Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransanın keçmiş prezidenti Nikoly Sarkozi bu gün "dinləmə" işi üzrə hökmün icrası çərçivəsində elektron qolbaq almaq üçün məhkəməyə gəlməlidir.

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb.

"Nikola Sarkozi bu gün telefon danışıqlarının dinlənilməsi işi üzrə elektron qolbaq taxmalıdır", - mənbə bildirib.

Onun məlumatına görə, səhər saatlarında qolbaq hələ taxılmamışdı.

Ötən həftə N.Sarkozi hökmün icra şərtləri barədə məlumatlandırılması üçün Paris məhkəməsinə çağırılmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью