Fransanın keçmiş prezidenti həbsxanaya göndərilir

13.10.2025

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fransanın keçmiş prezidenti Nikola Sarkozi oktyabrın 21-də həbsxanaya yerləşdiriləcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Apelyasiya Məhkəməsini gözləmədən Paris Məhkəməsi qərar verib.

Sarkozi Parisdəki La Sante həbsxanasında böyük ehtimalla təkadamlıq kamerada qalacaq. Vəkilləri məhz bundan sonra apelyasiya şikayəti verə biləcəklər.

Qeyd edək ki, Nikola Sarkozi Liviya lideri Muammer Qəddafinin hesablarındakı pul vasitəsilə qeyri-qanuni şəkildə seçki kampaniyasını maliyyələşdirməkdə ittiham olunaraq 5 illik həbs cəzasına məhkum edilib.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью