Fransanın “Lion” komandası ll Liqaya düşüb

24.06.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Fransanın köklü klublarından olan “Lion” gözlənilməz vəziyyətlə üzləşib.

Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisi borclarını ödəyə bilmədiyinə görə II Liqaya göndərilib.

Bu barədə Fransa Futbol Federasiyası rəsmi məlumat yayıb.

Klub yalnız aşağı liqaya göndərilməklə kifayətlənməyib – eyni zamanda transfer qadağası ilə üzləşib və futbolçuların maaşlarının ödənilməsi ilə bağlı ciddi tələblər qarşısında qalıb.

Qeyd edək ki, “Lion” başa çatan mövsümü 57 xalla altıncı pillədə tamamlamışdı və UEFA Avropa Liqasına vəsiqə qazanmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью