Fransanın məşhur klubu 1 avroya satılıb

30.09.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 30 sentyabr, AZƏRTAC

İngiltərənin investisiya şirkəti “Park Bench” Fransanın “Bordo” futbol klubunu simvolik olaraq 1 avroya satın alıb.

AZƏRTAC Bordo təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, keçmiş prezident Jerar Lopesin şirkəti ilə “Park Bench” arasında klubun təhvil verilməsi barədə razılaşma əldə olunub. Müqaviləyə əsasən, yeni sahib klubun mövcud borclarının ödənilməsini öz üzərinə götürüb.

Bildirilib ki, klubun fəaliyyətinin bərpası ilə bağlı hüquqi prosedur çərçivəsində yaxın günlərdə “Bordo” rəhbərliyi Yeni Akvitaniya Futbol Liqasının İdarəetməyə Nəzarət üzrə Regional Komissiyasının dinləməsinə çağırılacaq. “Bordo”nun yeni sahibi ilə əldə olunan razılaşmanın klubun gələcəyi üçün mühüm mərhələ olduğu qeyd olunub.

Qeyd edək ki, “Bordo” iyul ayında Fransanın VI Divizionuna göndərilib. Klubun bu qərardan verdiyi apellyasiya şikayətləri təmin olunmayıb. “Bordo” Fransa çempionatının 6 qat qalibidir. Klub sonuncu dəfə 2009-cu ildə ölkə çempionu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью