Fransanın müdafiə xərcləri 436 milyard avroya yüksələcək

18.08.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Fransa Prezidenti Emmanuel Makron ölkənin müdafiə xərclərinin artırılmasını nəzərdə tutan hərbi planlaşdırma haqqında qanunu imzalayıb.

Fransa mediasının məlumatına görə, bu barədə Makron Borm-le-Mimozada keçirilən mərasimdə bildirib.

Qanuna əsasən, 2027-2030-cu illərdə müdafiə xərcləri əlavə 36 milyard avro artırılacaq. Vəsaitin informasiya təhlükəsizliyi və pilotsuz uçuş aparatları da daxil olmaqla müxtəlif hərbi istiqamətlərə yönəldilməsi planlaşdırılır.

Beləliklə, 2024-2030-cu illər üzrə Fransanın müdafiə xərclərinin ümumi həcmi 400 milyard avrodan 436 milyard avroya yüksələcək. Paris bununla NATO qarşısında müdafiə xərclərini ÜDM-in 2,5%-nə çatdırmaq öhdəliyini yerinə yetirməyi planlaşdırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью