Fransanın Nazirlər Kabineti istefa verəcək

08.09.2025

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Fransa Milli Assambleyası Baş nazir Fransua Bayruya etimadsızlıq səsverməsi keçirib.
Yeniavaz.com
xəbər verir ki, onun hökuməti doqquz ay hakimiyyətdən sonra istefa verəcək.
Səsvermədə 364 deputat Bayrounun əleyhinə, 194 nəfər isə lehinə səs verib.
Qeyd edək ki,  o, Fransanın milli borcunu azaltmaq üçün hökumət xərclərini təxminən 44 milyard avro azaltmağı təklif etdiyi “kəmər sıxma” planının yaratdığı böhrandan sonra səsvermənin təşəbbüskarı oldu.
Bayrunun istefasını sentyabrın 9-da Fransa Prezidenti Emmanuel Makrona təqdim edəcəyi gözlənilir.
O, 2017-ci ildə seçildikdən sonra Makronun dövründə altıncı, 2022-ci ildən isə beşinci baş nazir olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью