“Fransanın prezidenti yoxdur” Medvedev indi də Makronu təhqir etdi

07.10.2025

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Sebastien Lekornunun baş nazir postundan istefa verməsindən sonra X sosial media platformasında Fransa Prezidenti Emmanuel Makronu ələ salıb.

“AzPolitika” xəbər verir ki, Medvedevin iddiasına görə, Makron Fransanın prezidenti deyil: "Rekord: Fransa hökuməti 14 saat davam etdi. Çünki Fransanın prezidenti yoxdur. Yalnız Kiyevin parlaq müdafiəçisi, Almaniya və İngiltərənin dostu, Afrikanın çoxdanışan arbitri var. Makron Fransaya tüpürmək istəyir. 1814-cü ildə Parisə girən bizim kazakların atları belə, öz işini daha yaxşı yerinə yetirərdi...".

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью