Icma.az, Modern.az saytına istinadən bildirir. Bir neçə il öncə “Fransa Dağlıq Qarabağ üzərində Azərbaycanın nəzarətini qəbul etməyəcək” dey
Əvəzində dünən - yanvarın 6-da Parisdəki səfirlər konfransında çıxışı zamanı yenə Azərbaycanı asıb-kəsdi.Makron bu dəfə Azərbaycanı Fransaya
O, çıxışı zamanı Ermənistanı dəstəkləməyi də unutmayıb və deyib ki, Azərbaycan münaqişəni həll etdiyini düşünür.
Makron dolayısı ilə Ermənistan-Azərbaycan münaqişəsinin bitməsinə imkan verməyəcəyinə işarə edib.Müasir dövrün beynəlxalq oyunçularından biri olan Fransa keçmiş “Dağlıq Qarabağ münaqişəsi”nin tarixində xüsusi rol oynamış bir ölkədir.
Fransanın bu münaqişəyə təsiri və müdaxiləsi, regiondakı geopolitik maraqları, həmçinin Ermənistanla olan strateji əlaqələri nəzərə alındıqda, rəsmi Parisin rolunu aydın şəkildə görmək olar.Fransa keçmiş “Dağlıq Qarabağ münaqişəsi” zamanı həmişə işğalçı Ermənistanı dəstəkləyib.
Sözsüz ki, onun bu mövqeyi regiona ciddi təsir göstərib və Azərbaycanın 20 faiz ərazisinin 30 il işğalda qalmasına şərait yaradıb.1988-ci ildən etibarən Ermənistan ilə Azərbaycan arasında baş qaldıran münaqişə 1991-ci ildə qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqillihyinin elan edilməsi ilə daha da dərinləşmişdi.
Bu münaqişə nəticəsində keçmiş Dağlıq Qarabağ bölgəsi Azərbaycan suveren ərazisi olmasına baxmayaraq, Ermənistanın hərbi və siyasi dəstəyi ilə erməni separatçıları tərəfindən işğal edilmişdi.
Ermənistan münaqişənin davam etdiyi 30 il müddətində daim beynəlxalq aləmdə müxtəlif dövlətlərdən, xüsusilə də Fransacan ciddi dəstək alıb.Rəsmi Paris Ermənistan-Azərbaycan münaqişənin ən aktiv beynəlxalq iştirakçılarından biri olub.