Fransanın qərəzli münasibətinə Fazil Mustafadan ŞƏRH

14.11.2024

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa əlindən gələn qərəzli münasibət göstərsə də Azərbaycanın Avropada iqtisadi imkanları genişlənir.

Tribunainfo.az-a məsələ ilə bağlı münasibət bildirən deputat Fazil Mustafa bildirib ki, onların COP29-la bağlı planı baş tutmadı.

Deputatın sözlərinə görə, ölkəmizdə çox yüksək səviyyədə tədbir keçirilir. Ölkələrin xeyli təmsilçiləri iştirak edib. Gəlməyənlərin də özlərinin problemidir. Artıq Azərbaycana hansısa zərbə vura bilmədilər.

“Məncə iqtisadi maraqların, bu ölkələrin onsuz da vacib maraqlarından biridir. Buna görə də Azərbaycanla münasibətləri kimsə Fransanın istəyi üzrə qarşısını kəsən deyil. Bu hadisələr göstərdi ki, qətiyyətlə, inamla biz öz yolumuzu getməliyik və müstəqilliyimizi möhkəmləndirməliyik.
Eyni zamanda da ayrı-ayrılıqda da Avropa ölkələri ilə də əlaqələrimizi genişləndirməliyik. Bunun qarşısını almaq heç cür mümkün deyil. Sona qədər bu prosesi uğurla aparacağıq. Azərbaycan öz gücü ilə dünyada özünü qəbul etdirən ölkələrdən biri kimi hər zaman hörmətlə dəyərləndiriləcəkdir”.

Dəniz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью