Fransanın tanınmış basketbol klubu müflis elan olunub

07.10.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 oktyabr, AZƏRTAC

Fransanın “Monako Basket” klubu müflis olduğunu və basketbol fəaliyyətini dayandırdığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, klub bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, yaranmış maliyyə problemi ilə əlaqədar komandanın fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, “Monako Basket” Fransanın aparıcı basketbol klublarından biri kimi tanınırdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью