Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransanın xarici işlər naziri Jan-Noel Barro iğtişaşların davam etdiyi Konqo Demokratik Respublikasının paytaxtı Kinşasaya gedib.
Sfera.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Konqo Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Fransanın XİN başçısı Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedi ilə görüşəcək.
Bu günlərdə Kinşasada etirazçılar bir sıra xarici ölkələrin diplomatik nümayəndəliklərinə hücum edib, yanğınlar törədiblər.
Onların arasında Fransanın səfirliyi də var idi. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.