Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir. Fransanın xarici işlər naziri Jean-Noel Barrot İsrail liderinin Avropa ölkələrini
Bizimyol.info xəbər verir ki, diplomatik qalmaqal Netanyahunun Fransa, Britaniya və Kanada liderlərinin "tarixin yanlış tərəfində olduqların
İsrailin baş naziri bu tənqidi ölkələrin İsraili Qəzzada hərbi əməliyyatları dayandırmağa, əks halda sanksiyalarla üzləşməyə çağıran birgə b
Barro tənqidləri cavabsız qoymayıb və o, "X" sosial şəbəkəsində bəyanat yayıb.
"Hamı bilir ki, Fransa İsrailin təhlükəsizliyinə sarsılmaz dərəcədə tərəfdardır və bunu artıq öz hərəkətləri ilə nümayiş etdirib", - deyə vurğulayıb.
Nazir İranın İsrailə raket hücumu zamanı Fransanın hərbi resurslarının səfərbər edilməsini və Parisin İranın nüvə silahına çıxış əldə etməsinə qarşı qətiyyətli mövqeyini xatırladıb.
O, Fransanın bütün formalarda antisemitizmlə mübarizədə qərarlı olduğunu və HƏMAS-ın tamamilə tərksilah edilməsinə və Qəzzanın siyasi gələcəyindən kənarda qalmasına çalışmağa hazır olduğunu bildirib.
“İki dövlətli həll yolunu müdafiə edən hər kəsi antisemitizmi və ya HƏMAS-ı təbliğ etməkdə ittiham etmək absurd və böhtandır”, - deyə Fransa diplomatiyasının rəhbəri bildirib.