Fransanın xarici işlər naziri: Paris Cənubi Qafqazda münasibətlərin normallaşması səylərini dəstəkləyir

27.01.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Ankara, 27 yanvar, AZƏRTAC

Fransa Türkiyə və Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşdırılması səylərini dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıqlardan sonra keçirilən brifinqdə bildirib.

Fransanın xarici işlər naziri Cənubi Qafqazda sərhədlərin açılmasının vacibliyini vurğulayıb.

“Sərhədlərin açılması bütün ölkələrə fayda gətirəcək və regionun tərəqqisinə töhfə verəcək” -deyə fransız nazir qeyd edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью