Fransanın XİN başçısı Aİ dən olan həmkarlarının mayın 9 da Kiyevə gedəcəyini açıqlayıb

18.04.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mayın 9-da Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici işlər nazirləri "Avropa Günü" münasibətilə Kiyevə səfər edəcək.

APA-nın xəbərinə görə, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro “LCI” telekanalının efirində deyib.

O bildirib ki, əsas məqsəd Ukrayna ilə həmrəyliyin nümayiş etdirilməsidir:

“Həmin gün Putin Moskvada böyük şənlik keçirilməsini planlaşdırır. Bu, onlar üçün qələbə günüdür. Bizim üçün isə 9 may tarixi Ukrayna ilə həmrəylik günü olacaq”.

Qeyd edək ki, bir qədər əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas mayın 9-da Moskvaya səfər edəcək şəxslərin bu səfərin nəticələrinə qatlanmalı olduğu barədə bəyanat verib.

K. Kallas ittifaqa üzvlüyə namizəd olan ölkələrə müraciətində təmsil etdiyi qurumun Moskvadakı hərbi paradda iştirak məsələsini gözardı etməyəcəyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью