Fransanın yeni baş naziri François Bayrou OLDU

13.12.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Fransa Prezidenti Emmanuel Makron, etimad səsverməsində məğlub olaraq hakimiyyətdən düşən Baş nazir Mişel Barnierin rəhbərlik etdiyi azlıq hökumətindən sonra yeni baş nazir təyin edib. Bu vəzifəyə Demokrat Hərəkatı (MoDem) lideri, 73 yaşlı Fransua Bayrou gətirilib.

Redaktor.az xəbər verir ki, Elize Sarayından verilən açıqlamada bildirilib ki, Bayrou, Makronun 2017-ci ildən bəri bütün seçkilərdə müttəfiqi olub və onun dövründə təyin edilən 6-cı baş nazirdir.

Yeni təyinat müxalifət tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb.

Seymur BƏNNAYEV 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью