Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin məhkəməsində ŞOK AÇIQLA…
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan ifadə verib.Fransanın Azərbaycandakı səfirliyində xüsusi xidmət orqanlarının əməkdaşlarıMartin Ryan bildirib ki, Fransanın Azərbaycandakı səfirliyində 3 nəfərlə əlaqəsi olub: "Həmin adamlar xüsusi xidmət orqanlarının əməkdaşları idi.Bu şəxslər mənə bəlli bir məbləğ qarşılığında bir iş görməyimi təklif etdilər.
Həmin iş təhlükəli olduğu üçün qəbul etmədim.Onlar hər zaman Fransa ilə rəqabətdə olan ölkələri araşdırırdılar.
Mən onlara inanıb əməkdaşlıq etmişəm. Vaxt keçdikcə əlaqəni kəsə bilmədim. Buna görə də peşmanam.
İş üzrə günahkar Fransa hökumətidir.Mən buraya biznes qurmaq üçün gəlmişəm.
2015-ci ildə turist kimi Azərbaycana gəldim, bir il sonra burada Ramin adlı şəxslə tanış oldum və iş qurduq. İşlərimiz inkişaf etdi.
Mənim səfirliklə əlaqələrim genişləndi. Biz Fransa şirkətlərini işə cəlb etdik. Mən Azərbaycana köçdüm, dili öyrəndim”.
Ardınca təqsirləndirilən şəxs ifadəsində bildirib: "Onlar bizi manipulyasiya yolu ilə əməkdaşlıq əlaqəsində saxlayıblar.
Tam oxu
Xəbəri oxu