Fransız Alplarında qar uçqunu nəticəsində 5 xizəkçi ölüb | Icma.az
Icma.az, Azertag portalına istinadən məlumat verir. Bakı, 30 yanvar, AZƏRTAC Fransız Alplarında iki ayrı qar uçqunu nəticəsində beş xizəkçi
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Alp dağlarının Fransa ərazisində yerləşən Savoya bölgəsində qar uçqunu nəticəsində dörd nor
Yeddi xizəkçidən ibarət qrup müəyyən edilmiş cığırdan kənar turda olarkən güclü qar uçqunu baş verib və onlardan dördü itkin düşüb.
Hadisə yerindən üç cəsəd çıxarılıb, Qrenobldakı xəstəxanaya çatdırılan qadının isə daha sonra öldüyü məlum olub.Bu arada, isveçrəli xizəkçi Mont Blan massivinin şimalında yerləşən Vallorsin yaxınlığında baş verən qar uçqunu altında qalaraq həlak olub.
“Le Figaro” qəzetinin məlumatına görə, onun atası heç bir xəsarət almayıb, qardaşı isə müayinə olunmaq üçün xəstəxanaya aparılıb.Savoya prefekturası qar uçqunu riskinin artması ilə bağlı səyahətçilərə xəbərdarlıq edib.Bu faciələrdən bir gün əvvəl 55 yaşlı britaniyalı xizəkçi də Mont Blank bölgəsində qar uçqunu altında qalaraq ölüb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu