Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.Bakupost.az oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan əlavə ifadə üçün söz istəyib.O, ifadəsi tərcümə olunarkən bəzi terminlərin aydın ifadə olunmadığını bildirib: "Daha aydın olmaq üçün bəzi şeyləri dəqiqləşdirmək istəyirəm.
Orada məxfi əməkdaşlıq, məxfi görüş deyimləri fransız dilinə tərcümə olunarkən gizli görüş kimi anlaşılıb.
Lakin, mən onlarla görüşləri gizli etməmişəm. İddia olunan agentlərlə söhbətləri çoxlu adamın yanında, açıq məkanlarda etmişəm.
Hamı bilib, o cümlədən Azad Məmmədli".Daha sonra Martin Ryanın ibtidai istintaqda verdiyi ifadəsi elan edilib.Onun ifadəsindən məlum olub ki, o, Fransanın xüsusi xidmət orqanlarının əməkdaşı olan Frederik Devos ilə "Araz" kafesində görüşüb, daha sonra gəzintiyə çıxıblar.
Həmin görüşdə Azərbaycan-Ermənistan müharibəsi müzakirə olunub.
Frederik onlardan Türkiyədən və Pakistandan olan muzdlu döyüşçülərin Azərbaycan üçün vuruşub-vuruşmadığını soruşub.
M.Ryan internetdən oxuduqları əsasında sualları cavablandırıb. Daha sonra M.Ryan şirkət açmaq üçün dəstək istəyib.