Fransız dünya çempionu karyerasını bitirir FOTO

29.09.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransa millisinin sabiq hücumçusu Olivye Jiru peşəkar futbolçu karyerasını başa vurmaq niyyətində olduğunu açıqlayıb.

Oxu.Az xəbər verir ki, 39 yaşlı futbolçu bu barədə "L'Équipe" nəşrinə açıqlamasında danışıb.

Jiru 2026/2027-ci illər mövsümünün sonunda futbolçu kimi karyerasını başa vuracağını bildirib. "Görünür, futbolçu kimi son mövsümümü keçirirəm. Buna görə də hər anın dadını çıxarıram", - deyə o bildirib.

Qeyd edək ki, Olivye Jiru 2025-ci ilin yayından "Lill"in formasını geyinir. Bundan əvvəl, o, "Los-Anceles", "Milan", "Çelsi" və "Arsenal" kimi klublarda çıxış edib. Jiru 2018-ci ildə Rusiya keçirilən dünya çempionatında Fransa millisinin heyətində dünya çempionu olub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью