Fransız fermer mülkündə 4 milyard dollar dəyərində qızıl tapıb

22.05.2025

Icma.az, Dogru.az saytına istinadən bildirir.

Fransız fermer Mişel Düpon öz mülkündə cəmi 4,03 milyard dollar dəyərində qızıl tapıb. Bu barədə Britaniyanın “The Mirror” qəzeti məlumat yayıb.

“Mən sadəcə olaraq torpağıma müntəzəm baxış keçirirdim. Sonra kirdə qəribə bir parıltı gördüm. Bir az dərin qazanda əllərimdə tutduğuma inana bilmədim”, – deyə  kişi qeyd edib .

Fermer 150 tona yaxın qızıl külçəsi aşkar edib. Nəşrin məlumatına görə, Fransanın Auvergne bölgəsinin səlahiyyətliləri Düponun kəşfindən sui-istifadə etməməsi üçün vəziyyətə tez müdaxilə edib. Əgər fermer öz mülkündə filiz hasil etmək istəyirsə, o, hökumətin razılığını almalı və texniki və ekoloji qiymətləndirmə aparmalıdır.

Daha əvvəl Moskva meri Sergey Sobyanin bildirmişdi ki, 15 il ərzində aparılan qazıntılar zamanı paytaxtda 120 mindən çox artefakt aşkar edilib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью