Fransız futbolçu Real da qalacaq

05.07.2026

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Real"ın yarımmüdafiəçisi Orelyen Çuameni “Mançester Yunayted” və “Liverpul”un xüsusi marağına baxmayaraq, "Los Blancos"da qalacaq.

Sportal.az "TEAMtalk"a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Joze Mourinyo gələn mövsüm Çuameniyə əsas heyətdə müntəzəm yer vermək niyyətindədir.

"Real" əvvəllər Enzo Fernandes və Rodri kimi oyunçuları nəzərdən keçirərək yarımmüdafiəni gücləndirmək üçün variantları araşdırmışdı, lakin bu addımlar uğursuz olduğu üçün Orelyen üzərində qalıblar. 26 yaşlı futbolçunun “Real”la müqavilə müddəti 2028-ci il iyunun 30-a qədərdir.

O, “Bordo” və “Monako” klublarının da formasını geyinib.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью