Fransız millət vəkilləri İsraildə aclıq aksiyasına başladı

05.10.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qəzzaya gedərkən İsrail hərbçiləri tərəfindən saxlanılan ifrat solçu 4 fransız millət vəkili aclıq aksiyasına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə onların mənsub olduğu “Təslim olmayan Fransa” partiyası məlumat yayıb.

"Vəkilləri və onlara baş çəkən Fransa konsulu ilə qısa söhbətlərdən başqa onlardan heç bir xəbərimiz yoxdur. Onların saxlanma şəraiti ağırdır",- deyə bildirilib.

Qeyd edək ki, fransız millət vəkillərinin Qəzzaya humanitar yardım aparan Sumud donanması ilə birgə getdiyi vurğulanır. Humanitar yardım aparan donanmanın önü Qəzza yaxınlığında kəsilib və fəallar hamısı saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью