Fransız nazir səfərini ləğv etdi: Bakıdan rəsmi reaksiya

14.11.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanın qapıları məhsuldar danışıqların tərəfinə çevrilmək istəyən hər kəs üçün açıqdır”.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29 Prezidentliyinin bugünkü mətbuat konfransında “Agence France-Presse”nin fransalı nazirin Azərbaycana səfərini ləğv etməsi barədə sualına cavabında bildirib.

O deyib ki, ölkəmiz bu konfransda 80 nəfərdən çox dünya dövlətlərinin liderlərini qəbul edib, yüzlərlə nazir COP29-un işinə töhfə verilməsi üçün Bakıya gəlib:

“Atılan bütün addımlar danışıqlar prosesinin səmərəli keçməsinə hesablanıb. Biz məhsuldar müzakirələrdə iştirak etmək istəyən, danışıqların tərəfinə çevrilmək niyyətini elan edən hər kəsi ölkəmizdə qəbul etməyə hazırıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью