Icma.az bildirir, 525.az portalına istinadən.
Fransız qoşunları Rusiya ilə əlaqəli olduğu bildirilən neft tankerinə qarşı əməliyyat keçirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat zamanı tankerin çinli kapitanı həbs edilib.
Fransa prezidenti Emmanuel Makron əməliyyatla bağlı qısaca deyib: “Bu ekipaj tərəfindən çox ağır cinayətlər törədilib”.
Qeyd edək ki, “Boracay” adlanan gəmisi keçən ay Rusiyanı tərk edib. Tanker Danimarka sahillərində olarkən bu ölkənin hava məkanına naməlum pilotsuz təyyarələr tərəfindən hücum olub.
İbrahim Cəfərov