GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransa bir daha Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib.
Globalinfo.az xəbər verir ki, Fransanın Ermənistandakı səfiri Olivier Dekotini X sosial şəbəkəsində İranın Qərbi Azərbaycan vilayətinin xəritəsini “Tək və yeganə” sözləri ilə paylaşıb.
Fransız səfir bu paylaşımı ilə Ermənistan ərazisində Qərbi Azərbaycan olmadığına eyham vurub.
Qeyd edək ki, rəsmi Bakı Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın əzəli torpaqlarına qayıtmasının təmin edilməsini haqlı olaraq tələb edir. Bəzi Qərb dairələri məsələni təhrif edərək ərazi iddiası olduğunu gündəmə gətirməyə çalışır.