Fransız tələbələrə Azərbaycanın mədəniyyət diplomatiyasından danışılıb | Icma.az
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Parisdə “Quai Branly” muzeyində magistrantlar üçün “Mədəni irs hüququ” adlı kollokvium keçirilib.
AZƏRTAC xəbər verir ki, kollokvium çərçivəsində “Mədəniyyət diplomatiyası” mövzusunda dəyirmi masada Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova ölkəmizin tarixi, qədim və zəngin mədəni irsi, onun qorunması, eləcə də mədəniyyət diplomatiyasının müstəsna rolundan danışıb.
O, Fransadakı səfirliyin Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində apardığı həyata keçirdiyi layihələr haqqında məlumat verib, mədəniyyət diplomatiyasının ölkənin tanıdılması və təşviqi istiqamətində, eləcə də insanlar arasında dialoqa, yaxınlaşmağa verdiyi töhfələrdən söz açıb.
Bildirib ki, müxtəlif sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycan müxtəlif mədəniyyətlərin mövcud olduğu və qovuşduğu müqəddəs bir torpaqdır.
Ölkədə yaşayan bütün dinlərin, etnik qrupların nümayəndələri birgə mehriban yaşayırlar.
Dəyirmi masada Prezident İlham Əliyev tərəfindən dünyada sülhün və mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı Prosesi” təşəbbüsünün irəli sürülməsindən, “Bakı Prosesi”nin dünyada mədəniyyətlər və dinlərarası dialoqun gücləndirilməsi və təbliği üçün qlobal bir platformaya çevrilməsindən bəhs olunub.
Dinlər və mədəniyyətlərarası dialoqa Azərbaycanın verdiyi töhfələrdən danışılıb.
Tam oxu
Xəbəri oxu