Fransızlar ayağa qalxdı: Yüzlərlə insan etiraz edir VİDEO

10.09.2025

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransa genişmiqyaslı etiraz aksiyaları başlayıb, vətəndaşlar hökumətin iqtisadi siyasətindən narazıdırlar. 

Globalinfo.az xəbər verir ki, parlamentin baş nazir Fransua Bayruya etimadsızlıq nümayiş etdirməsi və onun istefasından sonra narazılıqlar artıb.

Bayru ölkənin xarici borcunun trilyonlarla olduğunu vurğulayıb və 2026-cı ildə büdcədən sosial ödənişlərin artırılması üçün pul ayrılmamalı olduğunu bildirib. Sözügedən təklif birmənalı qarşılanmayıb və nəticədə parlament Bayrunun əleyhinə səs verib. Daha sonra Prezident Emmanuel Makron istefada olan müdafiə naziri Sebastian Lekornyunu yeni baş nazir təyin edib.

Lakin bütün bunlara baxmayaraq yüzlərlə insan küçələrə axışıb və hökumət əleyhinə şüarlar səsləndirib. Etirazçılar polislə qarşıdurmaya girərək küçələrdəki zibil qablarını yandırıblar.

Görüntüləri təqdim edirik:

Əliyar Xəlil
Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью