Fransızlar Makronu belə ƏLƏ SALDILAR KONKRET

03.06.2025

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Ətraf mühit fəalları bu gün Parisdə yerləşən muzeylərdən birindən Fransa Prezidenti Emmanuel Makronun heykəlini oğurlayaraq Rusiya səfirliyinin qarşısına aparıblar. Aksiya iştirakçıları bu addımı Fransanın Rusiyadan təbii qaz idxalına etiraz olaraq atıblar.

KONKRET.az xəbər verir ki, fəallar heykəli səfirliyin qarşısına yerləşdirərək üzərinə “Qazla deyil, ədalətlə qızın” (fr. Chauffez-vous avec justice, pas avec le gaz) yazılı plakatlar asıblar. Onlar Fransanın enerji siyasətini və xüsusilə Rusiyadan qaz asılılığını sərt tənqid ediblər.

Paris polisi insidentlə bağlı istintaqa başlayıb. Heykəlin oğurlandığı muzeyin adı hələlik açıqlanmayıb. Fəalların saxlanılıb-saxlanılmadığı barədə isə rəsmi açıqlama verilməyib.
Fransa hökumətindən də məsələyə dair hələlik şərh verilməyib.

Hadisə Fransada və Avropada enerji təhlükəsizliyi, iqlim siyasəti və Rusiya ilə münasibətlər kontekstində yeni müzakirələrə səbəb olub.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью