Fransızlardan Ronalduya güllə kimi cavab FOTO

29.12.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Portuqaliya millisinin və "Əl-Nəsr"in ulduzu Kriştianu Ronaldu növbəti dəfə Səudiyyə Ərəbistanı çempionatının Fransa Liqa 1-indən daha güclü olduğunu iddia edib. 

Fanat.Az xəbər verir ki, Liqa 1 isə onun "Globe Soccer Awards" mərasimindəki açıqlamasına sosial şəbəkə hesabında paylaşdığı foto ilə qarşılıq verib. 

Ronaldu Fransa çempionatında mahiyyətcə yalnız bir güclü klubun - PSJ-nin olduğuna diqqət çəkib və əlavə edib ki, oynadığı Səudiyyə Ərəbistanında yüksək hərarət səbəbindən şərtlər daha çətindir.
Liqa 1-in mətbuat xidməti isə Lionel Messinin DÇ-nin kuboku ilə fotosunu yerləşdirib. Bu isə argentinalı ulduzun 2022-ci ildə Qətərdə Argentina millisi ilə qalib olduğuna işarədir. Fotoşəkilə belə şərh yazılıb: "Leo Messi 38 dərəcə temperaturda necə oynayır?

Xatırladaq ki, Messi 2021-2023-cü illərdə PSJ-də Liqa 1-də çıxış edib. Hazırda 37 yaşlı argentinalı Amerikanın “İnter Mayami” klubunda çıxış edir.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью