Fransızların Makrona inamı ən aşağı həddə düşüb

28.12.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Fransa xalqının Prezident Emmanuel Makrona inamı "sarı jiletlilər"lə bağlı iğtişaşlardan sonra ən aşağı səviyyəyə düşüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Toluna Harris Interactive" tədqiqat şirkəti LCI telekanalı üçün keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bu gün Makrona etimad səviyyəsi 32% təşkil edir. "Sarı jiletlilər" hərəkatının başlanğıcında bu göstərici 31% olub.

Qeyd olunur ki, etimadsızlıq dərəcəsi baxımından əhalinin 42%-i "prezidentə qətiyyən etibar etmir". Bu, xüsusilə 50-64 yaş aralığındakı şəxslərdə özünü büruzə verir. Yalnız bu qrupda mütləq çoxluq (51%) "Makrona qətiyyən inanmır" və onların arasında inamsızlığın artması (+18%) müşahidə olunur.

Sorğu dekabrın 24-dən 26-dək 18 yaşdan yuxarı 1 104 fransız arasında nümayəndəli seçmə üzrə aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью