Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
PSJ-nin hücumçusu Osman Dembele “Qızıl top”un qalibi olub.
Futbolpress.az xəbər verir ki, vinger bu mükafatı qazanan 6-cı fransalı olub. Bundan öncə Raymon Kopa, Mişel Platini (3), Yan-Pyer Papen, Zinəddin və Kərim Benzema “Qızıl top” sahibi olub.
Mükafatın 6-cı dəfə fransalı oyunçuya verilməsi rekord göstəricidir. Daha əvvəl 5 dəfə İtaliya və Almaniya oyunçuları bu mükafata yiyələnib.