Fraşa Kriti filmi Beynəlxalq Festivalın qalibi olub FOTOLAR

24.10.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Bakıda keçirilən IX Doku Baku Beynəlxalq Sənədli Film Festivalı başa çatıb.

Festivalda bir neçə kateqoriya üzrə yerli və xaricdə istehsal olunan filmlər mübarizə aparıblar. Qalib filmlər arasında yerli istehsal olan "Fraşa -Kriti" filmi də yer alıb.

Filmin icraçı prodüseri Leyla Şah "Cebheinfo.az"- bildirib ki, film Doku Baku festivalının DOKUECHO müsabiqəsinin qalibi olub:

"Filmin istehsalı 1 il ərzində Bakı şəhərində aparılıb. Biz komanda olaraq dəfələrlə görüşüb filmlə bağlı müzakirələr apardıqdan sonra filmin istehsalına start verdik.Təbii ki, istehsal zamanı bəzi çətinliklərlə üzləşdik, amma çətinliklər bizi həvəsdən salmadı. Əksinə, komanda halında işləməyi, birləşməyi öyrətdi", -deyə Leyla Şah bildirib.

Qeyd edək ki, film həmçinin  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Araz Quliyev və Sadıq Əliverdibəylinin diplom işi olub.  

Filmin yaradıcı heyətinə gəlincə, icraçı prodüseri Leyla Şah, rejissoru, ssenari müəllifi və montaj rejissoru Araz Quliyev, quruluşçu operatoru Sadıq Əliverdibəyli, rejissor assistenti isə Sevinc Mahmudovadır. Filmin rəng korreksiyaçısı Etka Kızıltepe, bəstəkarı isə Bakı Musiqi Akademiyasının məzunu Əli Cəfərzadədir. 

"Cebheinfo.az"
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью