“Frayburq” darmadağın edib turnir cədvəlində lider oldu YENİLƏNİR

12.09.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bundesliqanın üçüncü turunda “Frayburq” doğma meydanda “Borussiya Mönhenqladbax”ı qəbul edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

“Frayburq”un heyətində Yannik Engelhardt 27 və 79-cu dəqiqələrdə, İqor Matanoviç 29 və 77-ci dəqiqələrdə, Maksimilian Eqeşteyn isə 86-cı dəqiqədə fərqlənib.

Bu qələbədən sonra xallarını 9-a çatdıran “Frayburq” turnir cədvəlinə başçılıq edir. “Borussiya Mönhenqladbax” isə 0 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.

Üçüncü turun digər oyunlarında “Augsburq” – “Bayer Leverkuzen” 2:2, “Borussiya Dortmund” – “Paderborn” 3:0, “Hoffenhaym” – “Ştutqart” 2:1, “Maynts” – “Ayntraxt Frankfurt” 1:3 hesablı nəticələr qeydə alınıb.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью