“Frayburq” “Maynts”ı darmadağın etdi 4:0

01.12.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniya Bundesliqasının XII turunda “Frayburq” doğma meydanda “Maynts”ı 4:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, matçın erkən dəqiqələrindən təşəbbüsə yiyələnən meydan sahibləri hesabı 12-ci dəqiqədə Lukas Kublerlə açıb. Cəmi 14 dəqiqə sonra Vinçenso Qrifo fərqi artırıb.

28-ci dəqiqədə qonaqların futbolçusu Paul Nebel qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

İkinci hissədə də üstünlüyünü davam etdirən “Frayburq” 50-ci dəqiqədə Yohan Manzambi, 90-cı dəqiqədə isə Patrik Osterhaqe ilə daha iki qol vuraraq böyükhesablı qələbəni rəsmiləşdirib.

Bu nəticədən sonra “Frayburq” 16 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Maynts” isə 6 xalla 18-ci yerdə qalıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью