Fred ölkəsinə qayıtdı

15.08.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Fənərbağça”dan ayrılan Fred karyerasını Braziliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Atletiko Mineyro” ilə anlaşıb. 33 yaşlı futbolçuyla müqavilənin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Fred 2023-cü ildən “Fənərbağça”da çıxış edirdi. O, İstanbul təmsilçisində 126 oyunda 12 qol vurub.

Braziliyalı futbolçu daha əvvəl ölkəsində “İnternasional”, Ukraynada “Şaxtyor”, İngiltərədə “Mançester Yunayted”də forma geyinib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью