Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məşhur “Queen” qrupunun mərhum solisti Freddi Merkurinin yaxın dostu Meri Ostin müğənninin külünün haraya səpdiyimi 35 ildir sirr saxlayır.
Axşam.az xəbər verir ki, o, bu barədə “The Guardian”a müsahibəsində danışıb. Meri bildirib ki, bu, Merkurinin ölümündən əvvəl ona etdiyi şəxsi xahiş olub. Müğənni külünün səpildiyi yeri hətta ailə üzvlərinin də bilməsini istəməyib:
“Düşünürəm ki, Freddinin valideynləri və ya bacısı olsaydım və onun külünün harada səpildiyini bilməyimə icazə verilməsəydi, mən də inciyərdim. Amma bu, onun məndən etməyimi istədiyi iş idi və mən də bunu yerinə yetirdim. Onlara hər zaman deyirdim ki, çox, çox üzr istəyirəm, amma bunu sizə deyə bilmərəm”.
Meri əlavə edib ki, sonradan Freddinin anası da bu qərarla barışıb.
Qeyd edək ki, Freddi Merkuri 24 noyabr 1991-ci ildə QİÇS fonunda inkişaf edən bronxopnevmoniya səbəbindən 45 yaşında vəfat edib.