Freddi Varqas yenidən “Neftçi”də Futbolçu Bakıdadır

22.07.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daha əvvəl xəbər verdiyimiz kimi “Neftçi”nin sabiq futbolçusu Freddi Varqas yenidən Bakı klubuna qayıdıb.

Apasport.az xəbər verir ki, venesuelalı yarımmüdafiəçi artıq Azərbaycandadır.

27 yaşlı vinger “Neftçi” ilə 3 illik müqavilə imzalayacaq.
Onun aylıq maaşının isə 35-40 min dollar olacağı bildirilir.

Freddi Varqas ötən mövsüm icarə əsasında “Neftçi”də çıxış edib. O, 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Varqas karyerası ərzində Venesuelanın "Deportivo Lara" və "Metropolitanos", ABŞ-ın "Dallas" və "North Texas", İsrailin "Makkabi Bney Reyne" və "Makkabi Netanya" klublarının formasını geyinib. O, Venesuela millisində də 3 oyun keçirib.
“Transfermarkt” portalı futbolçunun dəyərini 900 min avro olaraq qiymətləndirir.

“Neftçi”nin Avropa həsrəti başa çatır - YENİLƏNİR Bölgə təmsilçisindən müdafiəçi transferi “Zirə”dən yeni transfer - RƏSMİ "Göztəpə"li sabiq futbolçu "Zirə"də – Rəsmi "Şəfa"dan transfer – Kanadalı vinger Bakı klubunda
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью