GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Danimarkanın Baş naziri Mette Frederiksen Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə səfər edərək ərazi rəhbəri Yens-Fredrik Nilsen ilə danışıqlar aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Baş nazirin Brüsseldə Avropa İttifaqı liderlərinin təcili toplantısında iştirak etdikdən sonra birbaşa Qrenlandiyaya yollandığı bildirilir. Frederiksen həmçinin Brüsseldə NATO-nun Baş katibi Mark Rutte ilə də görüşüb.
Onu Nuukda Qrenlandiyanın Baş naziri Yens-Fredrik Nilsen qarşılayıb. Nilsen bildirib ki, Qrenlandiya daha çox iş görməyə və NATO missiyasına ev sahibliyi etməyə hazırdır.
Əliyar Xəlil
Globalinfo.az