Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müşfiq ƏLƏSGƏRLİ,XQ-nin media eksperti “Freedom House” təşkilatı “Qlobal Azadlıqlar İndeksi – 2025” hesabatını dərc edib.
Burada 195 ölkə və 13 ərazi üzrə demokratik vəziyyət 2024-cü ildə baş vermiş proseslər üzrə qiymətləndirilib.
Yekun rəylərinə görə, 85 ölkə və 1 ərazi azad, 51 ölkə və 4 ərazi qismən azad, 59 ölkə və 8 ərazi isə qeyri-azad ölkələr kimi təsnifatlandırılıb.
Azərbaycan və onun qonşuları – Türkiyə, İran, Rusiya da qeyri-azad ölkələr siyahısında qeyd olunub.
Ermənistan və Gürcüstan isə bir pillə öndə, yarım-azad ölkələr kateqoriyasına daxil edilib.
Cənubi Qafqaz regionunda Azərbaycanın adının Ermənistan və Gürcüstandan geri salınması “Freedom House” üçün tendensiya halını alıb.
15 ilə yaxındır ki, ölkəmizin adını “qeyri-azad ölkələr” kateqoriyasında yerləşdirir.